“Kəpəz” klubu təlim-məşq toplanışını yoxlama görüşləri ilə davam etdirir
“Kəpəz” futbol klubu təlim-məşq toplanışının birinci mərhələsini başa vurub.

“Kəpəz” klubu təlim-məşq toplanışını yoxlama görüşləri ilə davam etdirir
aş məşqçi Şahin Diniyevin çalışdırdığı komanda yanvarın 11-dən 17-dək Yevlaxda hazırlıq keçib.

Gəncə klubu bir həftə boyunca gündə iki dəfə məşq edib. Komanda əsasən fiziki hazırlıq üzərində işləyib. Yevlax toplanışında “Kəpəz” yoxlama oyunu da keçirib. Komanda əvəzedici heyəti ilə qarşılaşaraq 6:0 hesabı ilə qələbə qazanıb.

Ötən gün isə “Kəpəz” qış hazırlığı dövründə ikinci yoxlama oyununu keçirib. Yevlax toplanışını səhər məşqi ilə başa vuran komanda Bakıya yollanaraq paytaxtda “Qaradağ-Lökbatan”la qarşılaşıb. Görüş Gəncə klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Birinci divizion təmsilçisi ilə matçda “Kəpəz”in təsəlli qolunu Bəxtiyar Soltanov vurub. Yoxlama görüşündə baş məşqçi Şahin Diniyev bütün futbolçuları sınaqdan keçirib.

Xəbər 677 dəfə oxundu.