Yeniyetmə və gənclər arasında keçirilən şahmat çempionatının qalibləri məlum olub
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Şah və mat” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında keçirilən şahmat çempionatına yekun vurulub.

Sumqayıt Gənclər Evində keçirilən çempionatda çıxış edən Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova və layihə rəhbəri Anar Qasımov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyununun fərqli düşünmənin, uzaqgörənliyin, təhlil etmə qabiliyyətinin və yaradıcılığın inkişafına müsbət təsirindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra 3 nömrəli Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin məşqçi-müəllimi Elçin Hüseynzadənin idarəçiliyi ilə İsveçrə sistemi üzrə 32 iştirakçı arasında keçirilən mübarizədə birinci yerə Nihad Əliyev, ikinci yerə Murad Abbasov, üçüncü yerə isə Tamerlan Məmmədov sahib olublar.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Xəbər 672 dəfə oxundu.