Bədii gimnastika üzrə Avro-2014 Bakıda!
Bədii gimnastika üzrə Avropa çempionatı 2014-cü ildə Bakıda keçiriləcək. İdman.com.az saytının xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimovun da iştirak etdiyi görüşdə bu haqda jurnalistlərə Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heidger məlumat verib.

Qitə birinciliyi “Koroğlu” metrosu yaxınlığında yeni tikiləcək Gimnastika Olimpiya Kompleksində keçiriləcək. Bu, Azərbaycanda bədii gimnastika üzrə 3-cü Avropa çempionatı olacaq. Bunadək paytaxtımızda 2007 və 2009-cu illərdə də qitə birinciliyi keçirilib.

Nəticələr də bizim üçün uğurlu olub. İlk dəfə keçirilmiş mötəbər tədbirdə Aliyə Qarayeva iplə hərəkətdə qızıl medal qazanmışdı; Komanda yarışında Dinarə Gimatova və Anna Qurbanova cütü bürünc mükafata sahib çıxmışdı. 2009-cu ildə təşkil edilmiş turnirdə bu proqramda millimiz (Aliyə Qarayeva, Anna Qurbanova) 2-ci yeri tutmuşdu. Eyni nəticəni qrup hərəkətlərində Səbinə Abbasova, Nigar Əbdülsəlimova, Kamilə Məmmədova, Lalə Məhərrəmova, Aelita Xələfova və Yevgeniya Jidkova göstəriblər. Fərdi yarışda isə, Anna Qurbanova (top) 3-cü olmuşdu.

Xəbər 1302 dəfə oxundu.