Abışov yanvarın sonuna kimi Almaniyada qalacaq
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun komandanın Antalya düşərgəsindən Almaniyaya yollandığını xəbər vermişdik. Belində ağrılar hiss edən Abışov Almaniyanın Münhen şəhərində həkim müayinəsindən keçib.

Müayinə nəticəsində zədənin ciddi olduğu müəyyənləşib. Bu üzdən də Abışov müalicə üçün yanvarın 30-na qədər Almaniyada qalacaq.

Xəbər 692 dəfə oxundu.