AZAL divizion klubuna qalib gəldi
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Üçüncü oyun günündə də bir görüş baş tutub.

Bu dəfə AZAL birinci divizion klubu MOİK-lə üz-üzə gəlib. Bu, "hərbçilər"in turnirdəki ilk oyunu idisə, "təyyarəçilər" ikinci matça çıxmışdılar. Qarşılaşma elita təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb.

16 yanvar

AZAL - MOİK - 2:0 (1:0)
Qollar: Tərlan Xəlilov (1:0). Nuqzar Kvirtiya (2:0).
Bakı. "Bayıl Arena".

İlk turun nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2

Xəbər 672 dəfə oxundu.