“Qəbələ” və “Zirə” klubları Antalyada ilk yoxlama oyunlarına çıxacaqlar
Qış təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” və “Zirə” futbol klubları bu gün ilk yoxlama oyunlarını keçirəcəklər.

Azərbaycan təmsilçiləri Almaniya və Qazaxıstan klubları ilə üz-üzə gələcəklər. “Qəbələ” bu ilin ilk qarşılaşmasını 3-cü Bundesliqa təmsilçisi “Osnabryuk”a qarşı keçirəcək. “Gloria” məşq meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

“Zirə” isə Qazaxıstanın “Ordabası” komandası ilə görüşəcək. “Kaya” otelinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbər 692 dəfə oxundu.