Yaponlar tullantı materiallarından “Tokio-2020”i üçün medal hazırlamaq niyyətindədir
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilatçıları yeniliyə imza atmaq fikrindədir.

Təşkilatçılar mötəbər idman yarışı üçün medalları mobil telefon və kompyuter tullantılarından ibarət materiallardan hazırlamaq niyyətindədir. Bu halda, “Tokio-2020” Yay Olimpiya Oyunları mükafatçıları üçün qızıl, gümüş və bürünc medallar cəvahiratdan deyil, elektronika – xüsusilə mobil telefon və kompyuter tullantılarından ərsəyə gətiriləcək.

Məlumata görə, bu addım “İqtisadi sabitlik” proqramına dəstək olaraq atılacaq. Artıq sözügedən konsepsiya cari ayda yerli Təşkilat Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinə təsdiq üçün təqdim olunacaq.

Xəbər 1358 dəfə oxundu.