Gəncədə 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə kikboksinq yarışı keçiriləcək
Yanvarın 16-17-də Gəncə Olimpiya İdman Kompleksində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə kikboksinq üzrə Uşaq-Gənclər Fiziki Hazırlıq Klubunun açıq birinciliyi keçiriləcək.

Birincilikdə 200-dək idmançı çıxış edəcək.

Birincilik AKF, Gəncə Kikboksinq Klubu, Gəncə şəhər Təhsil İdarəsi, Gəncə şəhər Gənclər və İdman İdarəsi, Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 1734 dəfə oxundu.