“Kəpəz” komandası “Qaradağ-Lökbatan” ilə yoldaşlıq oyunu keçirəcək
Gəncənin “Kəpəz” futbol klubunun yoxlama oyunundakı daha bir rəqibi müəyyənləşib.

“Kəpəz” təlim-məşq toplanışı müddətində ikinci yoldaşlıq matçında “Qaradağ-Lökbatan”la üz-üzə gələcək. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 17-də Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, “Kəpəz” Bakı toplanışı çərçivəsində daha iki matça çıxacaq. Komanda yanvarın 23-də “Neftçi”, üç gün sonra isə “Ağsu” ilə qarşılaşacaq.

Xəbər 800 dəfə oxundu.