Güləşçimiz Tehranda bürünc medal qazanıb
Tehranda böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilir.

Yarışın ilk günündə Azərbaycan idmançısı bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Sakit Quliyev (59 kq) fəxri kürsüdə yer alıb.

Yarışların ikinci günündə 57, 61, 74 və 86 kiloqram çəkidə sərbəst, 71, 75, 80 və 85 kiloqram çəki dərəcəsində isə yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Xəbər 746 dəfə oxundu.