Karate hakimləri üçün praktik seminar keçiriləcək
Yanvarın 16-da “İnter Arena” İdman kompleksindəki Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında növbəti praktiki hakimlik seminarı keçiriləcək.

Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi altında təşkil ediləcək seminarda Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin karate cəmiyyətlərinin hakimlərinin iştirakı nəzərdə tutulur.

Seminara bölgələrdən də nümayəndələrin qatılması gözlənilir.

Xəbər 835 dəfə oxundu.