Neymar gələn ay məhkəmə qarşısına çıxacaq
“Barselona” futbol klubunun hücumçusu Neymar gələn ay məhkəmə qarşısına çıxacaq.

Braziliyalı futbolçu fırıldaqçılıqda təqsirli bilinir.

2013-cü ilin mayında “Santos”dan “Barselona”ya keçən 23 yaşlı futbolçunun transfer məbləğinin müəyyən hissəsini mənimsədiyi iddia olunur. “Barselona”nın sabiq prezidenti Sandro Rosell həmin vaxt Neymar üçün 50 milyon avro təzminat ödədiklərini açıqlasa da, sonradan bu məbləğin 80 milyon avrodan yüksək olduğu aşkarlanıb.

Məsələ ilə bağlı fevralın 2-də məhkəmə qarşısına çıxacaq Neymar “Santos”dan “Barselona”ya keçidi zamanı baş verənlərlə bağlı ətraflı məlumat verəcək. Eyni zamanda futbolçunun valideynləri, eləcə də “Barselona” və “Santos”un keçmiş və indiki prezidentlərinin də məhkəmədə ifadəsi dinləniləcək.

Xəbər 672 dəfə oxundu.