“Neftçi İdman Klubu”nun boksçuları paytaxt birinciliyində üç medal qazanıblar
Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində keçirilən Bakı birinciliyinə yekun vurulub.

2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışda dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

“Neftçi İdman Klubu”nun boksçuları paytaxt birinciliyinin 3 medalına sahib olublar.

Yarışda 52 kiloqram çəki dərəcəsində çıxış edən Amil İlyasov bütün döyüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final qarşılaşmasında məğlub olan Əflatun Babayev (50 kq) və Əmri Novruzov (66 kq) isə yarışı gümüş medalla başa vurublar.

Xəbər 709 dəfə oxundu.