Qəbələnin sabiq məşqçisi özünə yeni iş yeri tapdı
Xəbər verdiyimiz kimi, ukraynalı məşqçi Andrey Qluşenko "Qəbələ" ilə yollarını ayırıb. Artıq o, özünə yeni klub da tapıb.

Qluşenko bundan sonra Odessa "Çernomorets"ində çalışacaq. O, klubun U-21 və U-19 komandalarında qapıçıları hazırlaşdıracaq.

Xatırladaq ki, vaxtilə bu komandada Roman Qriqorçukla işləmiş mütəxəssis 2011-ci ildən 2014-cü ilədək işlədiyi "Çernomorets"dən məhz "Qəbələ"yə gəlmişdi. Amma ailə vəziyyətini əsas gətirən ukraynalı məşqçi yenidən ölkəsinə qayıtmağa qərar verib.

Xəbər 654 dəfə oxundu.