İntizam Komitəsinin qərarı
FİFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirmişdir. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Adnane Barakat arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

1. Azərbaycan birinci divizion yarışlarında "Bakı" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin.

27 dekabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Titan” – “Port Baku” matçı başa çatdıqdan sonra “Titan” klubunun 10 №-li futbolçusu Zaur Səmədov hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır (maddə 38.4).

Xəbər 551 dəfə oxundu.