Ukraynalı məşqçi “Qəbələ”dən ayrılıb
“Qəbələ” futbol klubunun qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb.

Ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb. A.Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı-məşqçisi Vüqar Məmmədov əvəz edib.

Qeyd edək ki, Vüqar Məmmədov daha əvvəl də əsas komandada fəaliyyət göstərmişdi. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.

Xəbər 679 dəfə oxundu.