Harri Küyelin komanda yoldaşı “Bakı”ya keçir?
Uinston Parksın Azərbaycandakı uğurlu çıxışı klublarımızın Kosta-Rika yığmasının futbolçularına marağı artırıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran”ın bu gün müqavilə imzalayacağı Rendall Breneslə yanaşı, onun daha bir komanda yoldaşı ölkəmizə gəlir. Bu, hazırda Avstraliyanın “Melburn Viktori” klubunun şərəfini qoruyan Karlos Ernandesdir.

Kosta-Rika mətbuatının iddiasına əsasən, 30 yaşlı hücumameylli yarımmüdafiəçi “Bakı”ya keçməyə yaxındır. Lakin kosta-rikalıların tandemini yaratmaq istəyən paytaxt təmsilçisinin istəyinə yaşıl qitə təmsilçisi mane ola bilər. Belə ki, heyətində Harri Küyell kimi oyunçusu olan melburnlular artıq bir dəfə “Bakı”ya “yox” deyib. Lakin “Bakı” rəhbərliyi danışıqları davam etdirərək, onların razılığını almaq niyyətindədir.

Qeyd edək ki, Kosta-Rika yığmasına 2004-cü ildən çağırılan Ernandes 35 oyunda 7 qol vurub. O, son qolunu 2010-cu ildə Fransa yığmasının qapısından keçirərək, yoldaşlıq oyunundakı 1:0 hesablı qələbənin əsas memarı olub.

Xəbər 1128 dəfə oxundu.