“Sumqayıt” Azərbaycanın U-19 komandası ilə yoxlama oyunu keçirəcək
Əsas komanda ilə yanaşı “Sumqayıt” futbol klubunun əvəzediciləri də çempionatın III dövrəsi üçün hazırlığa start veriblər.

Rövşən Babayevin rəhbərlik etdiyi komanda artıq 3 gündür təlim-məşq toplanışını davam etdirir. Hazırda heyətdə akademiyadan dəvət olunmuş bir neçə futbolçu da yer almaqdadır.

Əvəzedici komanda hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Artıq ilk rəqib də məlumdur. Belə ki, əvəzedicilər yanvarın 14-də "Dalğa Arena"da 19 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma saat 15:30-da başlayacaq.

Xəbər 657 dəfə oxundu.