Azərbaycan şahmatçısı açıq Avstraliya çempionatının qalibi olub | |
Avstraliyanın Melbrun şəhərində şahmat üzrə açıq ölkə çempionatı başa çatıb. Ölkəmizi təmsil edən beynəlxalq usta Kənan İzzət 11 oyundan 8.5 xal toplayaraq yarışın qalibi adını qazanıb. Yerli şahmatçılar Bobbi Çen 8 xalla ikinci, Karl Zelesko isə 7,5 xal toplayaraq üçüncü yerin sahibi olublar. Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilib və 34 şahmatçı qələbə uğrunda mübarizə aparıb. |
|
Xəbər 700 dəfə oxundu. |
|
|