Bu gün “Rabitə” əvəz çıxa biləcəkmi?
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsi başa çatacaq. İdman.com.az saytının məlumatına görə, sonuncu oyun günündə Bakının “Rabitə” klubu “Sərhədçi” Olimpiya-İdman Mərkəzində Polşa “Atom”unu qəbul edəcək.

“İdman” qəzetinin voleybol mütəxəssisləri cavab matçının gərgin keçəcəyini ehtimal edirlər. Düşünürlər ki, ilk görüşdə Azərbaycan çempionunun məğlubiyyəti sensasiyadan başqa bir şey deyil. Və bu gün “Rabitə” “qızıl set”də məsələni həll edəcək.

Avropa Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

9 fevral
17:00. “Rabitə” (Azərbaycan) – “Atom” (Polşa)
Hakimlər: Gennadi Kondakov (Ukrayna), Yuri Bakunoviç (Belarus)

İlk oyun
“Atom” (Polşa) – “Rabitə” (Azərbaycan) - 3:1 (22:25, 25:22, 25:20, 26:24)

Xəbər 960 dəfə oxundu.