Yığmamız turnirdə son oyununu keçirəcək
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

Yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00) başlayacaq.

Xəbər 662 dəfə oxundu.