Tom Butçer: “Formula-1” üzrə Avropa Qran-pri yarışları Azərbaycan üçün əhəmiyyətli hadisədir
Qarşıdakı beş ay ərzində bakılılar şəhər küçələrinin əsl yarış trasına çevrilməsinin şahidi olacaqlar. Bu tras Beynəlxalq Avtomobil Federasiyasının (FİA) bütün tələblərinə cavab verəcək.

Bu sözləri “Formula-1” üzrə Avropa Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş təşkilatçısı Tom Butçer nüfuzlu “Ukraine Today” resursuna bu ilin yayında keçiriləcək yarışın hazırlıq mərhələsindən danışarkən deyib.

Tom Butçer bildirib ki, onlar “Formula-1” komandalarının bokslarını, yarışın idarə olunması üçün zəruri olan qülləni, komandaların binalarını, eləcə də tras ətrafında altı böyük müvəqqəti tribuna quraşdıracaqlar. ““Formula-1” üzrə Avropa Qran-prisi Azərbaycan üçün əhəmiyyətli hadisədir və biz bu yarışla fəxr edəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, trasda debüt yarışı bu il iyunun 17-19-da keçiriləcək.

Xəbər 666 dəfə oxundu.