Azərbaycanlı karate ustası İspaniyada yerli idmançılara təlim keçib
Azərbaycanın tanınmış karate ustası Rafael Ağayev xüsusi dəvətlə İspaniyada olub və Marbella Olimpik Karate Klubunda yerli idmançılar üçün təlim keçirib.

Sensey Fernando Regera deyib ki, bu, Olimpiya Karate Məktəbi metodologiyası üzrə yüksək səviyyəli tədbirdir. Rafael Ağayev dördqat dünya çempionu olmuş yeganə karateçidir və onun təlimində iştirak böyük şans kimi dəyərləndirilir.

AZƏRTAC

Xəbər 822 dəfə oxundu.