Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanacaq
Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanacaq.

“Qızıl top” mükafatının yeni sahibi İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Mükafata “Qızıl top”un dördqat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, “Barselona”nın digər futbolçusu Neymar və üç dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo namizəddir.

Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları və eləcə də jurnalistlər iştirak ediblər.

Mərasimdə həmçinin ilin ən yaxşı məşqçisi, simvolik yığması, ötən ilin ən yaxşı qolunun müəllifi və 2015-ci ilin ən yaxşı qadın futbolçusunun da adı açıqlanacaq.

Xəbər 757 dəfə oxundu.