“Real” futbol klubu Zidanın formalarını satışa çıxarıb
“Real” (Madrid) klubu üzərində Zinəddin Zidanın soyadı olan 5 nömrəli futbolkaları satışa çıxarıb.

Fransalı əfsanəvi futbolçu məhz bu forma ilə “Kral klubu”nun şərəfini qoruyub.

Fabio Koentraonun yayda “Monako”ya keçidindən sonra “Real”da 5 nömrəli futbolka vakant idi.

Qeyd edək ki, Zidan yanvarın 4-dən “Real” futbol klubunun baş məşqçisi təyin olunub.

Xəbər 940 dəfə oxundu.