İquainin kiçik qardaşı Mourinyu təhqir edib
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyu təhqir olunub. İdman.com.az saytının məlumatına görə, “Kral klubu”nun argentinalı hücumçusu Qonsalo İquainin qardaşı Lautaro portuqaliyalı mütəxəssisin ailəsinə nalayiq söz işlədib.

Kiçik İquain Mourinyonun “Real”dan ayrılıb, İngiltərəyə qayıtmağının mümkünlüyü ilə bağlı xəbərə məşhur “Tvitter” sosial şəbəkəsində şərh yazıb: “Bu, baş verən ən yaxşı şey ola bilər. Çünki Mourinyu sürüşkən insandır. O, “Barselona” ilə necə oynamağı bilmir”.

Bu pis yazı dərhal pozulsa da, “Real” azarkeşləri onu götürüb, internetdə yaymağa imkan tapıblar.
Təbii ki, Lautaronun bu hərəkəti Qonsalonun “Real”da vəziyyətinə pis təsir göstərəcək. Ancaq digər tərəfdən, hücumçu əsas heyətdə yerini itirdiyi komandadan “Çelsi”yə keçməyə yaxın olduğundan, qardaşının sayəsində buna nail ola bilər.

Xəbər 1048 dəfə oxundu.