“Udinese” futbol klubunun stadionu “Dacia Arena” adlandırılacaq
İtaliyanın Udine şəhərində yenidən qurulmuş “Friuli” stadionunun adı bu il yanvarın 17-də dəyişdirilərək “Dacia Arena” adlandırılacaq. Həmin gün adı təzələnən stadionda “Udinese” və “Yuventus” futbol klubları qarşılaşacaq.

Xatırladaq ki, Rumıniyanın “Dacia” avtomobil şirkəti “Udinese” klubunun rəhbərliyi ilə 7 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən stadionun “Daci Arena” adlandırılmasına görə şirkət kluba illik 500 min avro ödəyəcək. 25 min yerlik stadionun yenidən qurulması 25 milyon avroya başa gəlib.

AZƏRTAC

Xəbər 848 dəfə oxundu.