Atletika üzrə Bakı çempionatında 100-dək idmançı mübarizə aparır
Yanvarda 8-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı başlayıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən çempionatda 7 idman klubundan 100-dək atlet birincilik uğrunda mübarizə aparır.

Qızlar və oğlanlar 60, 200, 400, 800, 1500 və 3000 metr məsafəyə qaçış, 60 metr məsafəyə maneələrlə qaçış, uzunluğa, üçtəkanla, şüvüllə və hündürlüyə tullanma və nüvə itələmə yarışlarında güclərini sınayırlar.

Çempionata yanvarın 9-da yekun vurulacaq.

Xəbər 771 dəfə oxundu.