“Portu” klubu baş məşqçi Xulen Lopateqi ilə yollarını ayırıb
“Portu” futbol klubunun baş məşqçisi Xulen Lopateqi istefaya göndərilib.

Klub rəhbərliyi komandanın ölkə çempionatının 16-cı turunda "Rio Ave" ilə oyunda heç-heçə etməsindən sonra 49 yaşlı mütəxəssis ilə yollarını ayırmaq qərarına gəlib.

Debüt mövsümündə Lopateqi "Portu"ya heç bir titul qazandıra bilməyib. Bu mövsümdə isə komanda Çempionlar Liqasında pley-offa çıxa bilməyib və Portuqaliya çempionatında liderdən 4 xal geri qalır.

Xəbər 706 dəfə oxundu.