Qrup mərhələsində son oyun
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin qrup mərhələsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

Yığmamız Sloveniyanın U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Futbolçularımız ikinci oyunda isə bolqarıstanlı həmyaşıdlarını 2:0 hesabı ilə məğlub edib.

Xəbər 663 dəfə oxundu.