“Neftçi” məşqlərə başladı
“Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsinin hazırlığına bu gün başlayıb. Komanda klubun bazasındakı meydançada məşq edib.

Hazırlıq prosesində Mixal Peskoviçdən başqa bütün futbolçular iştirak ediblər. Qapıçı məşqlərə sabah qoşulacaq. Zədəlilər - Fəhmin Muradbəyli və Elşən Abdullayev fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, yanvarın 10-dək gündə bir dəfə məşq edəcək “Neftçi” ayın 10-da “Olimpiya stadionu”nda ikitərəfli oyun keçirəcək. Yanvarın 11-də isə komanda təlim-məşq toplanışına start verəcək. Klubun təlim-məşq bazası, “Bakcell Arena” və “Olimpiya stadionu”nda təşkil olunacaq təlim-məşq toplanışı ərzində "ağ-qaralar" 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Xəbər 667 dəfə oxundu.