Azərbaycan şahmatçısı Avstraliyanın açıq çempionatında liderlik edir
Avstraliyanın Melburn şəhərində bu ölkənin açıq şahmat çempionatı davam edir. Çempionatda 34 nəfər, o cümlədən Azərbaycan şahmatçısı, beynəlxalq usta Kənan İzzət iştirak edir.

Altı turdan sonra Azərbaycan təmsilçisi yüz faiz nəticə ilə turnirin yeganə liderdir. Karl Zelesko (Avstraliya) liderdən yarım xal, Bobbi Çen (Avstraliya) və Rusiya qrossmeysteri Vasili Papin 1,5 xal geri qalırlar. Azərbaycan şahmatçısı yeddinci turda Karl Zelesko ilə görüşəcək.

Yarış İsveçrə sistemi üzrə 11 turda keçirilir.

Xatırladaq ki, açıq Avstraliya çempionatı Melburn Şahmat Klubunun 150 illiyinə həsr olunub.

Xəbər 765 dəfə oxundu.