“Kəpəz” Bakıda “Neftçi” ilə görüşəcək
Çempionatın ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək “Kəpəz”in yoxlama oyunundakı rəqiblərindən biri məlum olub. “Sarı-göylər” yanvarın 23-də “Neftçi” ilə qarşılaşacaq.“Bakcell Arena”da reallaşacaq oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandamız Topaz Premyer Liqasının qış fasiləsi müddətində üç yoxlama matçı keçirəcək. “Kəpəz”in digər iki rəqibi isə hələ müəyyənləşməyib.

Xəbər 692 dəfə oxundu.