“Bursaspor” futbol klubu üçün tikilən yeni stadiona "Azərbaycan Arena" adı verilə bilər
“Bursaspor”un yeni stadionuna “Azərbaycan Arena” adı verilə bilər
07.01.2016 [12:45]
Bakı, 7 yanvar, AZƏRTAC

Türkiyənin “Bursaspor” futbol klubu üçün tikilən yeni stadiona "Azərbaycan Arena" adı verilə bilər.

Belə bir açıqlama ilə klub prezidenti postuna namizədlərdən olan Timur Noyan çıxış edib.

Qeyd edək ki, “Bursaspor” klubunda prezident seçkisi yanvarın 11-19-da keçiriləcək. Klubun yeni stadionunun açılışı isə 2015-ci il dekabrın 21-də Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın iştirakı ilə həyata keçirilib. Arena 45 min tamaşaçı tutumuna malikdir.

Xəbər 716 dəfə oxundu.