Azərbaycanlı şahmatçı Melburn turnirində liderlik edir
Melburnda “Avstraliya-2016” şahmat üzrə açıq çempionat keçirilir. Turnirdə 34 şahmatçı, o cümlədən azərbaycanlı beynəlxalq usta Kənan İzzət iştirak edir.

Turnir Melburn şahmat klubunun 150 illik yubileyinə həsr olunub.

Kənan İzzət dörd turdan sonra yüz faizlik nəticə ilə liderlik edir. Yerli şahmatçılar Karl Zelesko və Bobbi Çen ondan yarım xal geri qalırlar.

İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarətdir.

Xəbər 796 dəfə oxundu.