Azərbaycan yığması Bolqarıstan millisini məğlub edib
FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 6-da növbəti oyununu keçirib.

Yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Gülər Mətin və İbrahim Qədirzadə vurub.

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər 667 dəfə oxundu.