“Dağçılıq məktəbində” növbəti təlim ekologiya mövzusuna həsr olunub
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) nəzdində fəaliyyət göstərən “Dağçılıq məktəbi”nin həftə ərzində nəzəri və həftə sonları təcrübi dərsləri keçirilir.

Bu həftə nəzəri dərs ekologiya mövzusuna həsr olunub. Ekoloq Laçın Novruzov və dağçı Üzeyir Mikayılov tərəfindən keçilən təlimlərdə müzakirələr aparılıb və interaktiv formada tapşırıqlar verilib.

Təlimlərdə mütəxəssislər iştirakçıları ölkəmizdə və dünyada mövcud olan palçıq vulkanları haqqında ətraflı məlumatlandırıblar.

Xəbər 681 dəfə oxundu.