“Rəvan” qış hazırlığına start verdi
"Rəvan” PFK-nın əsas komandası qış təlim-məşq toplanışına start verib. Bəhmən Həsənovun rəhbərlik etdiyi kollektiv bu gün "Bayıl Arena”da bir araya gəlib.

Hazırlıqlarını paytaxtda reallaşdıracaq "aslanlar” gündəlik məşqlərlə yanaşı yoxlama matçlarında da qüvvəsini sınayacaq. Artıq oyunların keçiriləcəyi tarixlər də bəllidir: 10, 17 və 24 yanvar.Rəqiblərin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Xəbər 666 dəfə oxundu.