Rihairo Meulens “Zirə”dən ayrıldı
Topaz Premyer Liqasının iki dövrəsindən sonra 3-cü pillədə qərarlaşan “Zirə” bu gün məşqlərə start verib. Xəbər verdiyimiz kimi, komanda hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. Baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə futbolçular Zirə İdman Kompleksinin stadionunda gündə bir dəfə olmaqla məşq edəcək və yanvarın 9-da komanda Türkiyəyə yola düşəcək.

Bu arada, “Zirə” daha bir futbolçu ilə yollarını ayırıb. Rihairo Meulenslə müqavilə qarşılıqlı razılığa əsasən pozulub.

Xəbər 651 dəfə oxundu.