Spartakiadanın mükafatları təqdim olunub
Azərbaycan Respublikası Təhsil ,Gənclər və İdman Nazirlikləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birgə keçirdikləri orta ixtisas tələbələri arasında keçirilən XII Respublika Spartakiadasının yekunu ilə əlaqədar Bakı Qida Sənayesi Kollecində tədbir keçirilib.

Spartakiada yarışlarında kollecin komandası Basketbol, Şahmat, Atletika və Stolüstü tennis idman növlərində üçüncü yeri tutduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyin Bədən Tərbiyəsi və İdman mərkəzinin "Diplom" unu kollecin direktoru Anar Mayılov tələbə idmançılara təqdim edib.

Qızlardan ibarət komanda üçüncü yerə və bütün yarışlarda fəal iştiraka görə (14 komanda arasında IV yeri tutub).

Təhsil Nazirliyin Bədən Tərbiyəsi və İdman Mərkəzinin və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının "Diplom”unu və kuboku təntələli surətdə kollecin fiziki tərbiyə rəhbəri Akif Kərimliyə təqdim olunub.

Xəbər 551 dəfə oxundu.