“Rəvan” qış təlim-məşq toplanışına başlayıb
“Rəvan” futbol klubu qış təlim-məşq toplanışına start verib.

Baş məşqçi Bəhmən Həsənovun rəhbərlik etdiyi komanda bu gün “Bayıl Arena”da bir araya gəlib.

Hazırlığını paytaxtda keçirəcək “Rəvan” gündəlik məşqlərlə yanaşı yoxlama matçlarında da qüvvəsini sınayacaq. Artıq oyunların keçiriləcəyi tarixlər də bəllidir. “Rəvan” komandası yanvarın 10, 17 və 24-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Xəbər 705 dəfə oxundu.