“Qarabağ” klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb
Ağdamın “Qarabağ” futbol klubu bu gün təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb.

Ağdam klubu yanvarın 24-dək Antalyada hazırlıq keçəcək.

Baş məşqçi Qurban Qurbanovun komandası Türkiyədə dörd yoxlama oyununda qüvvəsini sınayacaq. “Qarabağ” yanvarın 16-da İranın “Traktorsazi”, dörd gün sonra Macarıstanın “Dioşdyor”, yanvarın 23-də isə Avstriyanın “Admira Vakker” və Polşanın “Yaqelloniya” komandaları ilə qarşılaşacaq.

Xəbər 804 dəfə oxundu.