Azərbaycan Taekvondo Federasiyasının gələcək planları müzakirə olunacaq
Taekvondo üzrə böyüklər (kişilər) arasında respublika çempionatında mükafatçılar sırasına düşmüş idmançıların şəxsi məşqçiləri üçün yanvarın 6-da iclas keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyası tərəfindən təşkil olunan iclasda qurumun vitse-prezidentləri, habelə yığma komandanın baş məşqçisinin iştirakı nəzərdə tutulur.

İclasda yığma komandanın formalaşması və gələcək planları ilə bağlı məsələlər müzakirə ediləcək.

Xəbər 713 dəfə oxundu.