Bolqarıstan millisinin futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər
Futbol üzrə Bolqarıstan milli komandasının müdafiəçisi Aleksandr Aleksandrov karyerasını Azərbaycanda davam etdirə bilər.

29 yaşlı futbolçu ilə “Kəpəz” maraqlanır. Futbolçunun Türkiyənin “Mersin İdmanyurdu” klubuna keçməsi də gözlənilir. Son olaraq “Ludoqorets”də çıxış edən A.Aleksandrov bu klubla yollarını ayırıb. Bu səbəbdən də futbolçu hazırda azad agent statusu daşıyır.

Qeyd edək ki, A.Aleksandrov Bolqarıstan yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Sofiyada Azərbaycan millisinə qarşı oyunda iştirak edib.

Xəbər 707 dəfə oxundu.