Azərbaycan nümayəndəsi İsveçrədə keçirilən Masters-turnirdə liderlik edir
Bazeldə beynəlxalq şahmat festivalı davam edir. Festivalın Masters-turnirində 60 şahmatçı, o cümlədən 7 qrossmeyster iştirak edir.

İsveçrə sistemi üzrə 7 turdan ibarət olan beynəlxalq turnirin iştirakçıları arasında Azərbaycan nümayəndəsi Arkadi Naydiç də var.

Son tur ərəfəsində festivalın reytinq-favoriti olan Naydiç 6 mümkün xaldan 5 xal toplayıb. Adriyen Demyut, Bilel Bellasen (hər ikisi – Fransa), Mixac Stoyanoviç (Serbiya), Tit Stremaviçyus (Litva), Yan Mik Şprenqer (Almaniya) və Yuliya Şvayqer (İsrail) liderdən yarım xal geri qalır.

Yeddinci tur üçün püşkatmanın nəticələrinə görə Arkadi Naydiç qara fiqurlarla oynayacaq. Onun rəqibi serbiyalı qrossmeyster Mixac Stoyanoviç olacaq. Bu turdan sonra festivalın qalibi müəyyən ediləcək.

Xəbər 627 dəfə oxundu.