"Neftçi"nin qış fasiləsi başa çatır
“Neftçi” PFK qış fasiləsinə son qoyur. Yanvarın 5-6-da tibbi müayinədən keçəcək komanda üzvləri ayın 7-də məşqlərə başlayacaq. Klubun təlim-məşq bazası, “Bakcell Arena” və “Olimpiya stadionu”nda təşkil olunacaq təlim-məşq toplanışı müddətində komandamız 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi”nin yoxlama oyunlarının 14, 19 və 23 yanvar tarixlərində “Bakcell Arena”da keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsindəki ilk oyununu yanvarın 30-da keçirəcək. Komandamız həmin gün “Bakcell Arena”da “Sumqayıt” klubunu qəbul edəcək.

Xəbər 698 dəfə oxundu.