"Sumqayıt" komandası üç yoxlama oyununda qüvvəsini sınayacaq
“Sumqayıt” futbol klubu Topaz Premyer Liqasının III dövrəsi üçün hazırlıqlara yanvarın 5-də start verəcək.

“Sumqayıt” yeni ildə "Kapital Bank Arena"da ilk məşqinə çıxacaq.

Komanda hazırlıq prosesinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Bu oyunlardan ikisinin keçirilmə tarixi artıq məlumdur. Sumqayıt futbolçuları yanvarın 9-da doğma meydanda “Şərurspor”u qəbul edəcəklər. Həmçinin komanda həmin gün səfərdə AZAL ilə də qarşılaşacaq.

Xəbər 706 dəfə oxundu.