Azərbaycan-Latviya oyunu heç-heçə yekunlaşıb | |
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 4-də ilk oyununu keçirib. Sankt-Peterburqda təşkil olunan turnirdə yığmamız Latviyanın U-19 komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Futbolçularımız növbəti oyununu yanvarın 6-da Bolqarıstanın U-19 komandasına qarşı keçirəcək. |
|
Xəbər 717 dəfə oxundu. |
|
|