Velosipedçilər xüsusi “çempion” köynəyi ilə təltif olunublar
Azərbaycan Velosiped İdmanı Federasiyası 2015-ci ildə keçirilmiş şosse yarışlarının nəticəsinə əsasən, öz yaş qrupunda reytinq sıralanmasına başçılıq edən velosipedçiləri xüsusi “çempion” köynəyi və xatirə hədiyyələri ilə təltif edib.

Mövsümün yekunu olaraq U-15, U-17 və gənclər kateqoriyasında 1-ci yerə 8 nömrəli İdman Olimpiya Məktəbinin yetirmələri layiq görülüb. Tədbirdə müvafiq olaraq David Proherkus, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı mükafatlandırılıblar.

Qeyd edək ki, adları çəkilən idmançılar 2016-cı ildə keçiriləcək bütün ölkədaxili yarışlarda “çempion” köynəyi ilə mübarizə aparacaqlar.

Xəbər 690 dəfə oxundu.