Azərbaycan hakimi “Hapoel” – “Pfeffingen” voleybol oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Təmsilçimiz qadınlar arasında Çellenc kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyununu idarə edəcək. Belaruslu həmkarı Vladimir Kukaşinau ilə birlikdə meydana çıxacaq referi “Hapoel” (İsrail) – “Pfeffingen” (İsveçrə) matçına təyin olunub.

Görüş yanvarın 21-də İsraildəki “Green Hall” arenada keçiriləcək.

Xəbər 663 dəfə oxundu.